ABŞ-ın Əfqanıstandakı səfirliyi bu ölkə vətəndaşlarına vizanın verilməsini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə demokrat senator xanım Cin Şahin bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar “Afghan Special Immigrant Visa” (“Əfqan xüsusi immiqrasiya vizası”) proqramını dayandırıb.
“Bu proqram ABŞ-ın Əfqanıstandakı hərbi missiyasını dəstəkləyən və fəaliyyətlərinə görə təhlükələrlə qarşılaşan əfqanlara sığınacaq üçün müraciət etmək imkanı verirdi”, - o izah edib.
Hindistan Çinab çayı bəndinin şlüzlərini açaraq, suyun yenidən Pakistana axmasına imkan verib.