AZƏRTAC xəbər verir ki, hər il fevralın 9-da stomatoloqların peşə bayramı–Beynəlxalq Stomatoloq Günü qeyd olunur.
Stomatoloq ən qədim peşələrdən biridir. Arxeoloqlar qazıntılar zamanı bu qədim sənətin nümayəndələrinin fəaliyyətlərinin çoxsaylı sübutlarını aşkar etmişlər. Qalıqlar hələ eramızdan əvvəl yeddi min il əvvələ təsadüf edir. Bayramın özü isə nisbətən gəncdir.
Bu tarix təsadüfən seçilməyib. Həmin gün katolik kilsəsinin xristian şəhidi isgəndəriyyəli Apolloniya anılır. Xristianlıqdan dönməsi üçün Apolloniyaya dəhşətli işgəncələr verilib. Müqəddəs Apolloniyanın məruz qaldığı işgəncələrin atributu kəlbətin olub. Müqəddəs qadın bütün işgəncələrə davam gətirib, onu tonqalda yandırmaq ilə hədələyəndə, o, özü alovun içinə addımlayıb. Bu hadisə 249-cu il fevralın 9-da baş verib.
O vaxtdan belə bir inanc yaranıb: “Santa Apollonia!” deyən kimi, diş ağrısı keçir.
Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb.
Oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.