830 min manata yaxın gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib

830 min manata yaxın gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib
20 Dek 2016 14:25

Gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 826 195 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə araşdırılır, əmək hüquqlarının pozulması halı aşkar edildiyi təqdirdə həmin hüquqların bərpası istiqamətində qanunvericiliyə uyğun şəkildə tədbirlər görülür.

Vətəndaş müraciətlərinə əsasən, Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-noyabr aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 826 195 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 782 531 manatı (94,7 faiz) gecikdirilmiş əmək haqlarından, 25 774 manatı (3,2 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmələri ilə bağlı müraciətlərlə əlaqədar görülən tədbirlər nəticəsində isə 21 nəfər işçinin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Qeyd olunanlarla bərabər, cari ilin ötən dövründə əmək qanunvericiliyinə əməl olunması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında maarifləndirmə işləri də davam etdirilib. Xidmətin əməkdaşları əmək qanunvericiliyində əməyin mühafizəsi ilə bağlı qeyd olunan norma və standartların tətbiqi barədə işəgötürənləri ətraflı şəkildə məlumatlandırırlar.


14 Fev 2026
Cəmiyyət

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.

14 Fev 2026
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

13 Fev 2026
Cəmiyyət

Qarabağ müharibəsində itkin düşən şəhidin nəşi tapıldı

Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

13 Fev 2026
Cəmiyyət

Zaur Mikayılov Qəbələdə vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Qəbələ rayonunda vətəndaşları qəbul edib.

13 Fev 2026
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib

Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr həyata keçirilib.