69 yaşlı Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu

69 yaşlı Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu
26 2020 14:10

Respublika ərazisində koronovirusla mübarizə çərçivəsində maarifləndirmə tədbirləri davam edir.

realpress.az xəbər verir ki, polis əməkdaşları paytaxt küçələrində vətəndaşlara maska, əlcək, spirt paylayır.

Bu gün Azərbaycanın Xalq artisti, 69 yaşlı Arif Quliyev Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydaları pozaraq şəhərə çıxıb.

Polis əməkdaşları Xalq artistinə yaxınlaşaraq, ölkə ərazisində yayılan koronavirus təhlükəsinin yaşlı insanlara daha çox təsir edə biləcəyini xatırladıb. Ona karantin qaydaları izah edilib və evə qayıtması tövsiyə edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 65 yaşdan yuxarı insanların küçəyə çıxması qadağan edilib.


24 Sent 2021
Cəmiyyət

Rayonlara gedənlərin NƏZƏRİNƏ: COVID-19 pasportu tələb olunacaq

Rayonlara gedən sərnişinlərdən COVID-19 pasportu tələb olunacaq. 

24 Sent 2021
Cəmiyyət

Kinoteatrların fəaliyyəti bərpa edilir - RƏSMİ

2021-ci il oktyabrın 1-dən bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir. 

24 Sent 2021
Cəmiyyət

Həftəsonu ictimai nəqliyyata qoyulmuş qadağa ləğv edilir - QƏRAR

2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

24 Sent 2021
Cəmiyyət

Nazirlər Kabinetindən karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib.

24 Sent 2021
Cəmiyyət

Ceyhun Bayramov BMT baş katibinin müavini ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov ilə görüşüb.