Dələduzluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüqar Baxşıyev tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Lənkəran rayon sakini Vüqar Baxşıyevin 2012-2015-ci illər ərzində 44 nəfər rayon sakinini aldadaraq onlardan ümumilikdə 90656 manat pul alması müəyyən edilib və o, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə tutulub.