40 yaşından sonra tələbə olan indiki icra başçıları - SİYAHI

40 yaşından sonra tələbə olan indiki icra başçıları - SİYAHI
10 2017 11:37

Dövlət məmurlarının həyatı, tərcümeyi-halı çoxlarına maraqlıdır. "Yeniavaz.com" xəbər verir ki, bəzən bu məlumatları araşdırarkən maraqlı faktlar üzə çıxır. Bir çox saytlarda isə bəzən onların bir çoxunun ali təhsilləri ilə bağlı xəbərlər dərc olunur, ittihamlar səsləndirilir. Bəzən bu xəbərlərə həmin vəzifəli şəxslər ya münasibət bildirir, ya da ümumiyyətlə reaksiya vermirlər.
Yeri gəlmişkən, internetdə bu mövzuda yazıların, xəbərlərin sayı kifayət qədərdir. Ancaq onların nə dərəcədə doğru olub-olmadığını yəqin ki, özlərindən başqa heç kim bilmir. Biz isə onların barəsində hər hansı ittiham səsləndirmək fikrindən uzağıq. Bu yazımızda tərcümeyi-hallarına əsaslanıb nisbətən yaşlı vaxtlarında ikinci ali təhsil alan vəzifəli şəxslər barədə məlumat verəcəyik. O insanların ki, uzun illərdir dövlət qurumlarında, müxtəlif vəzifələrdə çalışırlar. Beləliklə, "Yeniavaz.com" saytı "mən nə qədər qoca olsam da dəyərəm min cavana" deyən məmurlarımızın siyahısını təqdim edir.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun 59 yaşı var. Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olub. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə verib və 1980-ci ildə müvəfəqiyyətlə institutun "Sənaye və mülki tikinti" fakültəsini bitirib. Tərcümeyi-halına əsasən deyə bilərik ki, Saleh Məmmədov 35 il sonra, yəni 2015-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirib. "Hüquqşünaslıq" diplomu alan il Saleh müəllimin 57 yaşı olub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin 56 yaşı var. Qəzənfər Arif oğlu Ağayev 1961-ci il noyabr ayının 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. Tərcümeyi-halına əsasən deyə bilərik ki, 12 il sonra, yəni 2002-ci ildə isə Qəzənfər müəllim Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Həmin ildə Qəzənfər müəllimin 41 yaşı var imiş.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 59 yaşı var. Abıyev Əhəd Mikayıl oğlu 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olub. Tərcümeyi-halına əsasən deyə bilərik ki, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirib. Lakin tərcümeyi-halında Əhəd müəllimin "Təfəkkür" Universitetinə neçənci ildə daxil olması və bu ali təhsil ocağını bitirməsi barədə məlumat verilməyib.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də bir qədər gec tələbə olanlardandır. Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Göygöl şəhərində anadan olub.
1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Sankt Peterburq Milli Aviasiya Akademiyasını bitirib. Tərcümeyi-halına əsasən deyə bilərik ki, sonuncu ali təhsilini alarkən Vilyam müəllimin 37 yaşı olub.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun 53 yaşı var. Ayaz Nəriman oğlu Əsgərov 1964-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu bitirib. Bundan 17 il sonra, yəni 2006-cı ildə Ayaz Əsgərov Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Sonuncu ali təhsilini alarkən Ayaz müəllim 42 yaşında olub.
Yalnız bu məlumatları dəqiqləşdirə bildik

Sonda bir məqamı da qeyd edək ki, biz bu yazımızda sonradan ali təhsil alan vəzifəli şəxslərimizin hamısı barəsində məlumat verə bilməmişik. Yəqin ki, bu siyahıdan kənarda qalan məmurlar, dövlət qulluqçuları, millət vəkilləri də var. Lakin onları bir-bir araşdırmaq, üzə çıxarmaq, müqayisə etmək, hesablama aparmaq çox vaxt tələb edir. Biz isə qısa vaxt ərzində yalnız bu məlumatları dəqiqləşdirə bildik.

29 Sent 2020
Cəmiyyət

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

29 Sent 2020
Cəmiyyət

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

29 Sent 2020
Cəmiyyət

Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanıldı - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

29 Sent 2020
Cəmiyyət

Şamaxı igidlərini cəbhəyə yola salır - VİDEO

Məlum olduğu kimi, cəbhədə düşmən təxribatından sonra ölkəmizdə qismən hərbi vəziyyət elan edilib.