Azərbaycan Respublikası Elektron Viza Sistemi isitfadəyə verilib.
“Marja”nın məlumatına görə, ASAN Viza portalı https://evisa.gov.az ünvanında fəaliyyət göstərir.
Portalın operatoru funksiyasını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaslara Xidmət və Sosial İnnovasiyalar uzrə Dovlət Agentliyi həyata keçirir.
Portal vasitəsi ilə Siz 3 addımda (müraciət et, ödəniş et və elektron viza blankını yüklə) e-Visa ala bilərsiniz.
Ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron vizanın alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa portal vasitəsilə müraciət etməsi mümkündür.
e-Viza üçün dövlət rüsumu 20 USD təşkil edir. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır.
Ödəmə əməliyyatları Mastercard, Visa ve UnionPay üzərindən aparılması mümkündür. Kartın sizin adınıza olması mütləq deyil.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.