2024-cü ildə 74 milyon istehlak robotu təqdim ediləcək

2024-cü ildə 74 milyon istehlak robotu təqdim ediləcək
06 2019 17:44

“Juniper Research” analitik şirkəti tərəfindən keçirilmiş yeni araşdırma nəticəsində məlum olub ki, 2024-cü ildə 74 milyondan çox istehlak robotu çıxarılacaq. Müqayisə üçün, cari ildə 28 milyon istehlak robotunun təqdim ediləcəyi gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, bu ildə evlərdə kömək edən robotların (məsələn, tozsoran və ya otbiçən) tədarükünün 19 milyon, 2024-cü ildə isə 20 milyon olacağı gözlənilir. Başqa sözlə, əsas artımı digər seqmentlər təmin edəcək.
 
Analitiklər hesab edirlər ki, tədarükçülər robotların maarifləndirici istiqamətinə diqqət yönəldəcəklər, məsələn, onların proqramlaşdırılması üçün alətlər təklif edəcəklər. Məhz bu amillər yaxın 5 ildə istehlak robotlarına tələbat artımını stimullaşdıracaq.

Realpress.az


23 Yan 2020
İT

“Ağıllı” qurğuların tədarük həcmi 3 milyardı ötəcək

"Canalys" tədqiqat şirkətinin analitikləri yaxın illərdə "ağıllı" qurğuların tədarük həcminin yüksək artımını proqnozlaşdırırlar. Mütəxəssislər "ağıllı" qurğular kateqoriyasına smartfon, masaüstü fərdi kompüter, noutbuk, planşet, daşınan qurğular, "ağıllı" kolonka və qulaqlıqları aid edirlər.  

23 Yan 2020
İT

“Xiaomi” 5 cihaz üçün universal enerji doldurma qurğusunu təqdim edib

“Xiaomi” şirkəti “Youpin” kraudfandinq platformasında çoxsaylı cihazların sahibləri üçün nəzərdə tutulmuş “C-bit” universal enerji doldurma blokunu təqdim edib. Yenilik eyni anda 5-dək qurğunu sürətli şəkildə enerji ilə doldurmağa imkan verir.  

23 Yan 2020
İT

Universal yaddaş tipi hazırlanıb

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni yaddaş tipi həm əməli yaddaş qurğusu, həm də məlumatların saxlanılması kimi işləyə bilər. "UltraRAM" adlı perspektiv texnologiya müasir kompüter, smartfon və başqa hesablama texnikalarının iş prinsipini tamamilə dəyişdirmək imkanına malikdir.

23 Yan 2020
İT

“JDI” unikal biometrik skaner nümayiş etdirib

Daha çox “JDI” kimi tanınan “Japan Display Inc.” şirkəti dünyada yüksək dəqiqliklə və sürətlə barmaq izlərini oxuyan, vena damarlarının şəklini skan edən, hətta arteriyaların daxilindəki nəbz dalğalarını ölçən ən nazik datçik təqdim edib. İstehsalçı bu texnoloji hazırlamanın yeni nəsil olduqca təhlükəsiz qurğuların yaradılmasına kömək edəcəyinə əminliyini ifadə edib.

23 Yan 2020
İT

“Facebook” robotlara xəritəsiz hərəkət etməyi öyrədib

"Facebook" tərəfindən hazırlanmış süni intellekt robotlara xəritəsiz hərəkət etməyə imkan verir. Bu haqda şirkətdən məlumat verilib.