Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” Sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanıb və faciənin ildönümü geniş şəkildə qeyd olunur.
Respublika “20 Yanvar” cəmiyyətinin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə bu rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olan sakinlərlə yanvarın 17-də icra hakimiyyətində görüş keçirilib. Bu barədə AZƏRTAC-a Nəsimi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunan ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış edib. Bu faciəyə ilk hüquqi qiyməti məhz ulu öndər Heydər Əliyev verib.
A.Əsgərov bildirib ki, 1990-cı ilin yanvar qətliamı nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Vurğulandı ki, bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhid ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı xüsusi qeyd edilib.
Tədbirin sonunda şəhid ailələrinə və əlillərə maddi yardım göstərilib.
Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb.
"Gəncəyə atılan "Skad" İkinci Dünya müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi".