16 yaşlı məktəbli qurduğu saytı 6 milyon dollara satmadı

16 yaşlı məktəbli qurduğu saytı 6 milyon dollara satmadı
24 2017 15:06

Böyük Britaniyanın Yorkşir qraflığından olan 16 yaşlı məktəbli Məhəmməd Əli dünyada analoqu olmayan sayt yaradıb. Öz ortağı 60 yaşlı Kris Torpe ilə birlikdə bazar təkliflərinin müqayisəsi və əlverişli qiymət üzrə məhsulların axtarışı üçün nəzərdə tutulmuş Weneed1.com xidmətini hazırlayan məktəbliyə artıq saytı satmaq üçün təkliflər də gəlməkdədir.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Nəşrin materialında iddia edilir ki, artıq Amerika investorları saytla maraqlanmağa başlayıblar və 2016-cı ilin dekabrında məktəbliyə 5 milyon funta (təxminən 6 milyon dollar) layihəni satmağı təklif ediblər.

Lakin bu alicənab təklifə Əli mənfi cavab verib. Onun sözlərinə görə, əgər texnologiya və konsepsiya üçün belə pul təklif edirsə, onda gələcəkdə Weneed1.com-un dəyəri daha da artıq olacaq.

"Mən anlayıram ki, bu böyük riskdir, amma mən özümə məxsus bir şey etmək istəyirəm", - deyə yeniyetmə bildirib.

Qeyd edilir ki, hələ 2006-cı ildə Əli aya 7,5 dollar abunə dəyəri olan videooyun yaradıb və demək olar ki, bundan 40 min dollar qazanıb.

"Mən hər şeyi kitablardan və YouTube-da olan videoçarxlardan öyrəndim. Heç də hər şey məktəbdə tədris olunmur. Mən bununla başqa insanlara ilham vermək istəyirəm. İçki içən yeniyetmələr məndə nifrət doğurur",- deyə Əli bildirib.

Qeyd edək ki, Weneed1.com-un tam versiyası yanvar ayının 28-də buraxılacaq.


27 Avq 2024
Maraqlı

Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır

Tədqiqatçılar ədviyyatların qanda qlükoza və xolesterol səviyyələrini tənzimləməkdə mühüm rol oynadığını aşkar ediblər.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.