"Formula 1"in yeni çempionu: Qələbəmi həyat yoldaşıma həsr edirəm

"Formula 1"in yeni çempionu: Qələbəmi həyat yoldaşıma həsr edirəm
28 Noy 2016 10:39

“Formula-1” üzrə Əbu-Dabi Qran-prisi 2016-cı il mövsümündə mənim üçün ən çətini oldu. Yarışın əvvəlində əsasən Maks Ferstappen ilə mübarizə apardım. Yarışın sonuna yaxın bu mübarizəyə Sebastian Vettel də qoşuldu. Mənim üçün gərgin bir yürüş oldu.

REALPRESS-in xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu sözləri noyabrın 27-də Əbu-Dabi Qran-prisində ikinci olsa da, dünya çempionatını qələbə ilə başa vuran “Mersedes”in pilotu Niko Rosberq deyib.

Çempionluğunu həyat yoldaşına həsr etdiyini vurğulayan Niko Rosberq ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib. Atasının uğurunu təkrarladığı üçün özünü xoşbəxt hiss edən çempion onunla görüşəcəyi günü səbirsizliklə gözlədiyini deyib. Niko Rosberq qeyd edib ki, atasının fikirləri onun üçün çox önəmlidir.

“Komanda yoldaşım Luis Hamiltonu dünya çempionatında ikinci olması münasibətilə təbrik edirəm. Hər ikimiz üçün gərgin bir mövsüm oldu. Luis çətin rəqibdir. Etiraf etməliyəm ki, onu yarışda ötmək mümkünsüzdür. Bütün komandamızı təbrik edirəm. Biz yenidən qalib gəldik”, - deyə Niko Rosberq əlavə edib.

Qeyd edək ki, Niko Rosberq idman ictimaiyyətində “Keke” ləqəbi ilə tanınan Keyo Erik Rosberqin oğludur. “Formula-1” pilotu olan Keke 1982-ci ildə təşkil olunan dünya çempionatının qalibi olub. O, hazırda Niko Rosberqin meneceridir.


16 Apr 2024
Dünya

Almaniya Prezidenti Türkiyəyə səfər edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.

16 Apr 2024
Dünya

Ərdoğan bu tarixdə İraqa gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

16 Apr 2024
Dünya

Liviya neft hasilatına görə Afrikada lider oldu

Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft hasilatına görə Afrikada birinci ölkə olub.

16 Apr 2024
Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb.