"Binə" ticarət mərkəzindəki yanğında 4 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

"Binə" ticarət mərkəzindəki yanğında 4 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO
08 Okt 2019 09:20

09:17

Binə Ticarət Mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulma ehtimalı ilə təcili tibbi yardım briqadasına müraciət edib.

Realpress.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın baş verməsi barədə məlumat təcili tibbi yardıma müraciət saat 01:10-da daxil olub:

"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 8 oktyabr 2019-ci il saat 00:41-də "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. "3 saylı çağırış" elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

----------
08:03

"Binə" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.

Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

* * *

8 oktyabr 2019-ci il saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Realpress.az Trend-ə istinadən bildirir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. "3 saylı çağırış" elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

----------

03:37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Realpress.az Trend-ə istinadən bildirir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.



1 Apr 2020
Cəmiyyət

Yol polisinin cərimələrdən yığdığı vəsait necə bölünəcək?

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə yığılan cərimələrin yeddi faizi dövlət büdcəsinə köçürüləcək.  

1 Apr 2020
Cəmiyyət

Zərurət olmadığı halda evdən çıxanlar cərimələndi - VİDEO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

1 Apr 2020
Cəmiyyət

Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏĞ

Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr nəzərdə tutulur.  

1 Apr 2020
Cəmiyyət

ÜST Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və digər ölkələrin liderlərinə səmimi məktub ünvanlayıb.  

1 Apr 2020
Cəmiyyət

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası oldu, iki məsələ müzakirə edildi

Aprelin 1-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.