“Zima” Uşaq Estrada Musiqisi Festivalının yekun konserti keçirilib

“Zima” Uşaq Estrada Musiqisi Festivalının yekun konserti keçirilib
20 Dek 2016 09:32

Müntəzəm olaraq uşaq və gənclərin şəxsi inkişafının təmin edilməsi, onların gələcək fəaliyyətləri üçün stimul yaratmaq məqsədi daşıyan təşəbbüsləri dəstəkləyən "Azər Türk Bank" daha bir sosial layihənin iştirakçısı olub.

Bankdan Trend-ə verilən məlumata görə, dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Azər Türk Bank"ın sponsorluğu ilə təşkil olunmuş “Zima” Uşaq Estrada Musiqisi Festivalının yekun konserti keçirilib. Festivalda 6-16 yaş arası istedadlı uşaq və yeniyetmələr potensial yaradıcılıq qabiliyyətini nümaiş etdiriblər. "Azər Türk Bank" sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 5 nömrəli xüsusi təhsil və internat məktəbləri, həmçinin sağlamlıq imkanları məhdud lal-kar uşaqlar üçün 2 və 3 nömrəli xüsusi internat məktəblərinin valideyn himayəsindən məhrum olmuş uşaqlarının festivalın yekun konsertində tamaşaçı qismində iştirakını təmin edib.

Qeyd edək ki bu, "Azər Türk Bank"ın korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirərək iştirakçısı olduğu çoxsaylı layihələrdən biridir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.


1 Mar 2024
Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində YENİ TƏYİNATLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi dəyişib.

1 Mar 2024
Cəmiyyət

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 28-də Şamaxı Rayon Polis Şöbəsinin binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay və İsmayıllı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

1 Mar 2024
Cəmiyyət

ANAMA: Ötən ay azad olunan ərazilərdə 600-ə yaxın mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

1 Mar 2024
Cəmiyyət

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyası üzrə martın 5-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

1 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: “Sülhə nail olmaq üçün real niyyət lazımdır”

“Sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil. İki ölkə (Azərbaycanla Ermənistan-red.) bir araya gəlib sülh müqaviləsini imzalamalıdır”.