Yanvarın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı təşkil olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində kamera orkestrinin iştirakı ilə gerçəkləşəcək konsertdə hər kəs iştirak edə bilər. Konsert çərçivəsində Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.
Qeyd edək ki, bir çox beynəlxalq müsabiqələrin laureatı olan orkestr Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Belçika və Özbəkistanda təşkil olunmuş festivallarda uğurla çıxış edib.
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Vətən müharibəsi Şəhidi Kəmaləddin Məmmədzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Mədəniyyət Nazirliyi hər kəsi Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb.