Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” bəzi köhnə model telefonlarda işləməyəcək.
realpress.az Türkiyə mediasına istinadən bildirir ki, şirkət bununla bağlı açıqlama verib. Qeyd edib ki, proqram “iPhone 3G” və bəzi “Android” telefonlarında istifadə oluna bilməyəcək.
Şirkət “Blackberry” və “Nokia” modellərinə isə bu qadağanı 2017-ci ilin iyun ayında tədbiq edəcək. Belə ki, həmin tarixdən etibarən “BlackBerry OS”, “BlackBerry10”, “Nokia S40” və “Nokia Symbian S60” modellərində “WhatsApp” işləməyəcək.
“WhatsApp” “Android” 2.1 və 2.2 sistemlərində də istifadəsini dayandıracaq. Proqram eyni zamanda, “Windows” tərəfindən “Windows Phone 7” sistemi üzərindəki tədbiqinə də son qoyacaq.
“iPhone 3GS” ve “iOS 6” üçün də tədbiqini dayandıracağını bildirən şirkət, bu qərarın çətin, amma doğru olduğunu qeyd edib.
İlin sonunda “WhatsApp” proqramının işləməyəcəyi telefonların siyahısı:
“Android 2.1” və “Android 2.2”;
“Windows Phone 7”
“iPhone 3GS / iOS 6”.
2017-ci ilin iyun ayından sonra “WhatsApp” proqramının işləməyəcəyi telefonların siyahısı:
“BlackBerry 10” da daxil olmaqla bütün “BlackBerry” modelləri;
“Nokia S40”;
“Nokia Symbian S60”.
Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.
Ötən gecə nadir astronomik hadisə yaşanıb.