M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq keçirilir.
Milli Kitabxananın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində kitabxananın direktoru Kərim Tahirov çıxış edərək, treninqin üstünlüklərindən danışıb.
“Innovative Interfaces Global Ltd.”nin əməkdaşı Yana İlavska tərəfindən aparılan treninqdə şirkətin məhsulu olan “Virtua” avtomatlaşmış kitabxana sistemində mövcud yeniliklər, modulların təkmilləşdirilməsi, kitabverilişi, oxucu qeydiyyatı, axtarış sistemlərinin təkmilləşdirilməsi, avtoritet faylların, filtrlərin qaydaya salınması, indekslərin optimallaşdırılması, dövri mətbuat məqalələrinin axtarış interfeysinin hazırlanması, biblioqrafik yazıların təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunur.
Treninq fevralın 11-də yekunlaşacaq.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov ilə görüşüb.
Sovet və Rusiya aktyoru Andrey Myaqkov 82 yaşında vəfat edib.
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.
Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.