"Habrahabr" resursunun Tambovchanin ləqəbli istifadəçisi “Viber” messencerində başqalarının danışığını dinləməyə imkan verən boşluq haqda məlumat verib. Tədqiqatçı sözügedən problemi ötən ilin oktyabrında aşkar edib və messencerin dəstək xidmətinə xəbərdarlıq edib. Belə görünür ki, tərtibatçılar bu məlumata məhəl qoymayıblar, buna görə Tambovchanin ləqəbli istifadəçi problem haqda təfərrüatları ictimaiyyətlə bölüşmək qərarına gəlib.
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, aşkar edilmiş boşluq “Viber” messencerində ünsiyyət zamanı həmsöhbətlərdən biri mobil şəbəkə üzrə daxil olan çağırışa cavab verdiyi halda kənar danışığa gizlicə qulaq asmağa imkan verir. Gözləmədə olan abunəçi "Gözləmə" düyməsinə iki dəfə sıxdıqda həmsöhbətinin mobil şəbəkə üzrə danışığını eşitmək imkanı əldə edəcək.
Qeyd edək ki, 11 yanvar tarixində çıxarılmış yeniləmədə sözügedən boşluq artıq aradan qaldırılıb, ancaq yeniləməni yükləməyən istifadəçilər üçün bu problem aktualdır.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.