“Ürək-damar xəstəliklərinin başlıca səbəbi genetika ilə bağlıdır”

“Ürək-damar xəstəliklərinin başlıca səbəbi genetika ilə bağlıdır”
27 2017 10:54

REALPRESS.Az Ürək-damar cərrahı Əliyev Ramilin müsahibəsin təqdim edir.

  • Azərbaycanda ən çox hansı ürək-damar xəstəliklərinə rast gəlinir?
  • Həm dünyada, həm Azərbaycanda ən çox infarkta və ürək çatışmazlığına rast gəlinir. Anadangəlmə ürək qüsurları ilə doğulan uşaqlar Azərbaycanda digər ölkələrdən daha çoxdur.
  • Xəstəliklərin yayılmasında genetik amilin rolu nə dərəcədədir?
  • Son tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin genetik dəyişiklərlə çox sıx əlaqəsi var. Azərbaycanda ürək-damar xəstəlikləri getdikcə artır və təəssüf ki, biz də gündəlik praktikamızda bu cür xəstələrlə daha çox qarşılaşırıq. Bu, tək bizim ölkəmizə məxsus tendensiya deyil, bütövlükdə bütün dünyada ürək-damar xəstəliklərinin artması müşahidə olunur. Xüsusilə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər məhz ürək-damar xəstəlikləridir.
  • Anadangəlmə ürək qüsuru olan xəstələrin müalicəsi necə olur?
  • Anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi çox böyük səy və diqqət tələb edir. Belə ki, qüsurların yüngül, kompensə olunmuş variantlarında dərman müalicəsinin aparılması məsləhət görülür. Əksər hallarda anadangəlmə ürək qüsurlarının müalicəsi cərrahi yollarla aradan qaldırılır. Son illərdə bir sıra anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv üsullardan da geniş istifadə edilir. Bütün hallarda belə uşaqlar mütəmadi olaraq həkim-kardioloqun nəzarəti altında olmalıdır.
  • Qadınlar, yoxsa kişilər arasında infarkt xəstəliyi daha çox yayılıb?
  • Kişilərdə daha çox rast gəlinir. Amma son illərdə dünyada qadınlarda bu xəstəlik artıb. Özü də zərif cins infarktı ağır keçirir, ümumiyyətlə, qadınlarda diaqnoz qoyulması bir az çətin olur.Qadınlar adətən həkimə gecikirlər. Çünki özləri də ürək xəstəliyindən əziyyət çəkdiklərini bilmirlər.
  • Sonra…
  • Yəni həkimə gec gəldikləri zaman isə keçirdikləri infarkt ölümlə nəticələnir.
  • Ümumiyyətlə, ürək-damar xəstəliklərinin, infarktların əsas səbəbi nədir?
  • Ürək-damar xəstəliklərinin başlıca səbəbi genetika ilə bağlıdır. Genetik olaraq sözügedən xəstəlik bir ailədə varsa, həmin nəsildə digər insanların da tutulma ehtimalı yüksəkdir. Ürək damarı tutulduğu zaman damarın o nahiyəni qidalandıran hüceyrəsi infarkt olur və ürəyin o hissəsi sıradan çıxır. İrsi yolla keçməkdən başqa, ikinci, ən ciddi risk faktoru şəkərdir. Şəkər xəstəliyi də bizim ölkəmizdə hədsiz dərəcədə çoxdur. Daha sonrakı risk faktorları arasında təzyiq problemi və xolesterinin normal miqdarda olmamasıdır. Ümumiyyətlə, siqaret çəkmə, oturaq həyat, Azərbaycan mətbəxi, yağlı yeməklər, xəmir məmulatları və qırmızı ətdən çox istifadə – bütün bunlar risk faktorlarıdır. Bundan başqa, stress də ürək-damar xəstəliklərinin əsas səbəbi olmasa da, xəstəliyin ortaya çıxma səbəblərindən biridir.
  • Duzlu xörəklərdən çox istifadə də damarların tıxaclaşmasına səbəb olurmu?
  • Əslində duzlu yeməklər damarların kirəclənməsindən daha çox təzyiqin yüksəlməsinə səbəb olur, birbaşa damarlara zərəri yoxdur. Amma təzyiq yüksək olduğu zaman ürək damarlarını zədələdiyi üçün bilavasitə ürək damarlarının tutulmasına səbəb olur.
  • Piylənmə ilə ürək-damar xəstəlikləri arasında əlaqə varmı?
  • Kökinsanlarda risk daha böyükdür. Çünki artıq çəkili insanlarda adətən xolesterin yüksəkliyi olur.
  • Bir sözlə, piylənmə və xolesterin yüksəkliyi ürəkdamar xəstəliklərinin səbəbləri sırasındadır.
  •  Artıq çəkiliinsanlar daha az hərəkət edirlər və buna bağlı olaraq da ürək-damar xəstəlikləri artır.
  • Ürək-damarxəstəliklərinin əlamətləri hansılardır
  • Sinənin ortasında, mədə nahiyyəsindən başlayıb boyuna qədər və yaxud alt çənəyə qədər olan ağrılar ürək-damar ağrılarıdır. Bu ağrı göynədici, yandırıcı, basqı və yaxud sıxılma şəklində olur. Xəstələrin bəzilərində sadəcə mədə, alt çənə və boyunda ola, hər iki qola, çiyinə yayıla bilər. Bəzi insanlarda heç ağrının olmaması da mümkündür. Bu cür insanlar ən şanssız qrupdur ki, qəfləti ölümlə qarşılaşırlar. Bəzən xəstədə ürək ağrısı xarakteri daşımayan ağrılar da ola bilər. Onu da deyim ki, adətən sancı, batma, “ürəyim ağrıyır” deyərək sol tərəfi göstərən insanlardakı ağrılar ürək ağrısı deyil. Batma, qulunc deyilən yerlərdəki ağrılar əzələ ağrılarıdır.
  • Ürək-damar xəstəliyinə tutulmamaq üçün nə məsləhət görərdiniz?
  • Qida çox önəmlidir. Ən əsas bizim tövsiyə edəcəyimiz şey qırmızı ətdən uzaq durmaqdır. Əsasən toyuq, balıq əti yemək lazımdır. Onların da içalatlarından uzaq durmaq lazımdır. Xəmir xörəkləri, kərə və qatı yağlardan az istifadə tövsiyə edilir. Ağ çörəkdən çox az istifadə etməli, yediyimizi tələsə-tələsə deyil, olduqca asta-asta yemək lazımdır ki, doyduğumuzu başa düşək. Çünki doyma siqnalları beyinə 20 dəqiqə sonra çatır.
  • Gülüşün infarkt riskini azaltdığı deyilir…
  • Daim deyib-gülən, müsbət auralı insanlarda stress daha az olur. Belələrinin təzyiqləri də adətən daha yaxşı olur. Eyni zamanda maddələr mübadiləsi, şəkər və xolesterinin də miqdarı normada qeydə alınır. Gülən insanlar daha rahat insanlar olduğundan onlarda ürək-damar xəstəliklərinə daha az rast gəlinir.


21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.