“Ümid” yatağında yeni yüksək hasilatlı quyu istismara verilib

“Ümid” yatağında yeni yüksək hasilatlı quyu istismara verilib
29 Dek 2016 09:44

“Ümid” yatağında yeni yüksək hasilatlı 14 nömrəli qaz-kondensat quyusu istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və şimal-qərb hissəsinin karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədi ilə ötən ilin mart ayından qazılmasına başlanan quyu 6352 metr dərinliyə və Məhsuldar Qatın VII horizontuna çatdırılıb.

6317-6282 metr dərinlik intervalında perforasiya işləri aparılıb və quyu sutkada 600 min kubmetr qaz və 100 ton kondensat hasilatı ilə istismara daxil edilib. Növbəti günlərdə hasilatın mərhələlərlə artırılması və quyunun optimal rejimə çıxarılması planlaşdırılır. Quyudan gündəlik 1 milyon kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənilir. Alınmış müsbət nəticə yatağın şimal-qərb hissəsinin işlənməyə cəlb olunması məqsədilə yeni platformaların quraşdırılmasına və yatağın tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində işlərin aparılmasına əsas verir.

Qeyd edək, hazırda “Ümid” yatağında 10 və 12 nömrəli iki quyu ümumilikdə sutkada 750 min kubmetr qaz və 230 ton kondensat hasilat ilə istismardadır.


23 Okt 2021
İqtisadiyyat

Dünya bazarlarında təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

23 Okt 2021
İqtisadiyyat

Dünyada ən çox qızıl ehtiyatına malik ölkələr hansılardır?

Beynəlxalq Qızıl Şurası və müxtəlif ölkələrin mərkəzi banklarının məlumatları əsasında dünyanın ən böyük qızıl ehtiyatlarına malik ölkələrinin reytinqi tərtib olunub.

22 Okt 2021
İqtisadiyyat

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

21 Okt 2021
İqtisadiyyat

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.