“Drones Direct” şirkəti seriyalı “DJI Phantom 4” pilotsuz uçan aparatını modifikasiya edərək onu hamı üçün lazımlı qurğuya çevirib. Belə ki, dizaynerlərin adi kvadrokopterə çətir yerləşdirməsi sayəsində dron istifadəçinin başı üzərində uçaraq onu yağışdan qoruyur. Dronun xüsusilə hava şəraiti daim pis olan yerlərdə yaşayan insanlar üçün faydalı olacağı bildirilir.
AZƏRTAC “hi-news.ru” resursuna istinadən xəbər verir ki, diqqəti daha vacib əşyalara yönəltmək məqsədilə bir əldə çətiri tutmamaq üçün istifadəçinin dronu smartfona qoşması tələb olunur. Bundan sonra qurğu “GPS” sistemindən istifadə etməklə istifadəçinin başı üzərində uçacaq. Dizaynerlər izah ediblər ki, “Umbrella” dronunun çətiri saxlaması sayəsində hətta pis hava şəraitində telefonla danışmaq, qəhvə içmək, velosiped sürmək və s. mümkün olacaq.
Məlumata görə, külək qurğu üçün təhlükə törətmir. “Umbrella” ev, ağac və dirəklərdən yan keçərək hər şeyi “4K” formatlı kameraya çəkir, eləcə də bir dəfə enerji toplamaqla 30 dəqiqəyədək işləyir. Aparatın çəkisi 1 kiloqram təşkil edir.
Adi “PJD Phantom 4” aparatının qiyməti təxminən 1252 dollar, “Umbrella” dronunun modifikasiya edilmiş variantı isə 1670 dollardır.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.