Sumqayıt” futbol klubu 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığa start verib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib. “Sumqayıt” ilk məşq günündə dəniz kənarında qaçışla kifayətlənib.
Komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib.
Milli Gimnastika Arenası dünya çempionatını qəbul etməyə tam hazırdır.
Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.