“Statoil”un xalis mənfəəti 6 faiz azalıb

“Statoil”un xalis mənfəəti 6 faiz azalıb
07 2017 15:14

Norveçin “Statoil” enerji şirkətinin 2016-cı ilin dördüncü rübündəki xalis mənfəəti 6 faiz azalaraq 1,66 milyard dollar təşkil edib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Statoil”un 2015-ci ilin müvafiq dövründəki mənfəəti isə 1,77 milyard dollar olub.

2016-cı ilin dördüncü rübündə “Statoil”un əməliyyatlar üzrə zərəri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 152 milyon dollar azalaraq, 1,89 milyard dollar təşkil edib.

Şirkət keçən il 23 kəşfiyyat quyusu qazıb. Qeyd edilən rübdə “Statoil”un kəşfiyyat xərcləri 607 milyon dollar təşkil edib. Şirkət 2017-ci ildə təxminən 11 milyard dollarlıq sərmayə qoyuluşu həyata keçirəcək.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.