“Skype Translator” danışığın sinxron tərcümə funksiyası mobil və stasionar telefon nömrələrinə zəngləri dəstəkləməyə başlayıb.
AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, adi nömrələrə zənglər üç şərt əsasında işləyir: istifadəçi “Windows Insider” yoxlama proqramının iştirakçısı olmalı (bu proqrama qoşulmaq pulsuzdur), “Skype” proqramının ən son beta versiyası quraşdırılmalı və istifadəçinin hesabında vəsait olmalıdır.
“Skype Translator” funksiyası mobil və şəhər telefonlarına zəng vaxtı proqramın daxilində olduğu kimi işləyir: nömrəyığan işə salınır, “Tərcümə et” (“Translate”) aktivləşdirilir və dil seçilir. Yalnız bir istisna mövcuddur: dialoqa başladıqda həmsöhbət danışığın real vaxt rejimində tərcümə edilməsindən xəbərdar edilməsidir.
Yeni funksiyanın sınaqlarına 2014-cü ildə başlanılıb, 2015-ci ilin payızında isə bütün istifadəçilər üçün əlçatan olub. Cari ilin oktyabrında bu funksiya rus dilini öyrənərək ingilis, ispan, Çin, italyan, fransız, Braziliya portuqal, alman və ya ərəb dillərinin daşıyıcıları ilə ünsiyyət saxlamağa imkan verib.
"Skype Translator" funksiyasının əsasını neyron şəbəkəsi ilə işləyən kompüter təlimi texnologiyası təşkil edir. Bu o deməkdir ki, xidmət istifadə edildikcə müstəqil təkmilləşir, yəni daha çox insan bu funksiyadan yararlandıqca tərcümənin keyfiyyəti bir o qədər yüksək olur.
"Misirlə sülhün ən yaxın zamanda təmin olunmasını arzulayırıq".
"Baykar Makina"nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.
Donetsk vilayətində rusiyalı diversantlar məhv edilib.