“Səttar dünyası” portretlər silsiləsinin açılışı keçirilib (FOTO)

“Səttar dünyası” portretlər silsiləsinin açılışı keçirilib (FOTO)
17 Dek 2016 16:31


Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Nazirliyin bədii tərtibat üzrə eksperti Etibar Qocayev, İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Suraxanı rayon İcra hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, rəssam və sənətşünaslar, S.Bəhlulzadənin həyat və yaradıcılığı ilə yaxından maraqlananlar, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ev-muzeyinin direktoru İradə Abdinova qonaqları salamlayıb. O, qeyd edib ki, 107 il bundan əvvəl Bakının Əmircan kəndində Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə anadan olub. Azərbaycan təsviri sənət tarixində lirik mənzərələrin yaradıcısı kimi məşhurlaşan rəssamın əsərləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilib, Praqada, Londonda, İstanbulda, Bonnda və digər şəhərlərdə fərdi sərgiləri keçirilib. O, əsərləri BMT-nin baş qərargahında nümayiş etdirilən və Avropada fərdi sərgisi olmuş ilk Azərbaycan rəssamıdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Azərbaycanın Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov çıxış ediblər. Çıxışçılar informasiya texnologiyalarının muzeylərdə tətbiqini müsbət hal kimi qiymətləndiriblər. Səttar Bəhlulzadənin obrazının bir çox rəssam və heykəltəraşlar tərəfindən təsvir olunmasından danışıb, bu baxımdan gənc rəssam E.Aslanovun “Səttar dünyası” silsiləsini yaratmasının heç də təsadüfi olmadığını, kompyuter qrafikası ilə işlənmiş əsərlərin rəssamın obrazını yeni rakursdan görməyə imkan verdiyini söyləyiblər. Sonra muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova muzeyin saytını təqdim edib. Saytın strukturu, elementləri nümayiş olunub, tərtibat və iş prinsipləri haqqında məlumat verilib. Saytın məqsədi rəssamın həyat və yaradıcılığı haqqında virtual məlumat verməkdir.

“Səttar dünyası” adlı portretlər silsiləsini hazırlayan gənc rəssam Emin Etibar oğlu Aslanov 1993-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alır. Kompyuter qrafikası ilə məşğul olan gənc rəssam “Avqust-2011”, “Xocalı-20”, “Nar”, “Ənənə və müasirlik”, “Gənc istedad-2012” (III mükafat), “Tolerant Azərbaycan gənci”, “Xocalı-25” (I mükafat) sərgilərində iştirak edib.



9 Sent 2020
Mədəniyyət

“Oskar” mükafatını qazanmaq üçün yeni kriteriyalar açıqlandı

Amerika Film Akademiyası “Ən Yaxşı Film” nominasiyasında “Oskar” mükafatını almaq üçün kriteriyaların siyahısını təqdim edib.

3 Avq 2020
Mədəniyyət

Arif Məlikovun əsəri ABŞ-dakı festivalda səsləndi

Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib.

22 İyul 2020
Mədəniyyət

Anar Kərimov kollektivə təqdim edildi

Prezident İlham Əliyevin iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.