“Sədərək”də “böyük təmizlik” - Saxlanılanlar var

“Sədərək”də “böyük təmizlik” - Saxlanılanlar var
15 2019 15:38


Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub.

Bununla bağlı realpress.az-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, mağazanın sahibi 46 yaşlı Elçin Ələsgərov yuyucu toz satılan obyektindən oğurluq olduğunu müəyyən edib. 

E.Ələsgərov bununla bağlı 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, mağazada satılan yuyucu tozlar bu ilin martın 1-dən yoxa çıxmağa başlayıb və bu “sirr” iyulun 13-nə kimi davam edib. Bu üsulla mağazadan 44 min 500 manatlıq yuyucu toz oğurlanıb. 

Aparılan əməliyyat tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bunlar mağazada işləyən 23 yaşlı Asif Abbasov və 25 yaşlı Tural Abbasovdur. 

Bildirilib ki, mallar satılmaq məqsədilə oğurlanıb. Oğurluq faktı ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 


26 Noy 2019
Kriminal

Antalyada 2 azərbaycanlı qadın GÜLLƏLƏNDİ

Türkiyədə azərbaycanlıların iştirakı ilə silahlı insident olub.

25 Noy 2019
Kriminal

Qardaş bacının başını kəsdi — Xırdalanda dəhşət - FOTO

Abşeron rayonunda Xırdalan şəhərində qətl hadisəsi baş verib.

14 Noy 2019
Kriminal

İstanbulda yemək növbəsi gözləyən kişinin güllələnməsi kameraya düşdü - VİDEO

Türkiyənin İstanbul şəhərinin Fateh ərazisində vətəndaşa odlu silahdan atəş açılıb.