“Samsung Galaxy A90 5G” smartfonu qabaqcıl prosessorla təchiz ediləcək

“Samsung Galaxy A90 5G” smartfonu qabaqcıl prosessorla təchiz ediləcək
11 2019 12:51

"Geekbench" saytında indiyədək nümayiş olunmayan "Samsung Galaxy A90" smartfonunun sınaqlarının nəticələri dərc edilib. Bunun sayəsində qurğunun bir sıra texniki xüsusiyyətləri barədə məlumat əldə etmək mümkün olub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, məlumata görə, "Galaxy A90" modeli "4G" və "5G" versiyalarında təqdim ediləcək. Saytda beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən variant test edilib. Smartfona qabaqcıl "Snapdragon 855" prosessoru və 6 giqabaytlıq operativ yaddaş quraşdırılıb. Qurğu birnüvəli testdə 3458 bal, çoxnüvəlidə isə 10 852 bal toplayıb. Bu nəticə 2019-cu ilin ən yaxşı "Android" sistemli smartfonları ilə müqayisə edilə bilər.
 
Bundan başqa, Cənubi Koreyada "Galaxy A90" modeli üçün 4580 milliamper/saat tutumlu akkumulyator sertifikasiyadan keçib. Lakin hazırda onun smartfonun hansı versiyası üçün nəzərdə tutulduğu məlum deyil.
 
Bildirilir ki, "Galaxy A90" smartfonu "Full HD+" təsvir ölçülü 6,7 düym diaqonallı ekran və 8, 12 və 5 meqapiksel modullu 3 kamera ilə təchiz ediləcək.
 
"Samsung Galaxy A90 5G" smartfonunun təqdimat tarixi və qiyməti hələ ki açıqlanmayıb.

Realpress.az


22 Noy 2019
İT

Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda informasiya- kommunikasiya texnologiyalarının inkişafı, infrastrukturun yenidən qurularaq təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələr çərçivəsində beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli və rəqabətə davamlı texnologiyalara əsaslanan avadanlıqların tətbiqi nəzərdə tutulur.  

22 Noy 2019
İT

İşıq vasitəsilə internet bağlantısı qurulacaq

“Signify” şirkəti avtobusların işıq dalğaları vasitəsilə “Trulifi” adlı genişzolaqlı internet bağlantısı texnologiyasının sınaqlarına başlayıb. Bu, adi “Wi-Fi” şəbəkəsinin alternativi ola bilər.

22 Noy 2019
İT

Çexiyada iri İT şirkətləri üçün xüsusi vergi tətbiq ediləcək

Çexiya hökuməti ölkədə böyük texnoloji şirkətlər, o cümlədən "Google" və "Facebook" üçün 7 faiz verginin tətbiqini bəyənib. Qərarın qüvvəyə minməsi üçün onun Çexiya Parlamenti tərəfindən təsdiq edilməsi tələb olunur.  

22 Noy 2019
İT

YUNESKO süni intellekt sahəsində etik normalar hazırlayacaq

YUNESKO-ya üzv dövlətlər təşkilata süni intellekt sahəsində etik normalar hazırlamağı tapşırıblar. Bu haqda “France Presse” agentliyi BMT-yə istinadən məlumat verib.

22 Noy 2019
İT

“WhatsApp” messencerində “Windows” sistemli mobil qurğuların dəstəklənməsi dayandırılacaq

"WhatsApp" messencerinin "Windows Phone" və "Windows 10 Mobile" əməliyyat sistemləri üçün versiyasının buraxılışı dekabrın 31-də tam dayandırılacaq. Bu barədə "Microsoft" korporasiyasının saytında deyilir.