“Samsung” smartfonlar üçün ən sürətli yaddaş istehsalına başlayıb

“Samsung” smartfonlar üçün ən sürətli yaddaş istehsalına başlayıb
18 2020 11:03

Samsung" qabaqcıl smartfonlar üçün ən sürətli fləş yaddaşın kütləvi istehsalına başlayıb. Tutumu 512 QB olan eUFS 3.1 yaddaşının yazma sürəti əvvəlki nəsil eUFS 3.0 yaddaşı ilə müqayisədə 3 dəfə daha sürətlidir. Bu, videonu 8K formatında və böyük ölçülü şəkilləri onları buferləşdirmədən saxlamağa imkan verir.

 

 512 QB-lıq eUFS 3.1 yaddaşının yazma sürəti 1,2 QB/san təşkil edir ki, bu da eyni tutuma malik eUFS 3.0 yaddaşı ilə müqayisədə 3 dəfə, "SATA" (540 MB/san) diskləri ilə müqayisədə 2 dəfə və UHS-I (90 MB/c) microSD kartı ilə müqayisədə 10 dəfədən çox sürətlidir. Bundan başqa, yeni yaddaşın təsadüfi oxuma və yazma sürəti populyar UFS 3.0 daşıyıcıları ilə müqayisədə 60% daha sürətlidir.

 

eUFS 3.1 yaddaşının yüksək sürəti 8K formatında videoya və ya yüksək təsvir ölçülü şəkillərə noutbukda olduğu kimi eyni sürətlə müraciət etməyə imkan verir. Belə yaddaş tipi köhnə smartfondakı məlumatların yenisinə köçürülmə vaxtını azaldır: eUFC 3.1 yaddaşı ilə təchiz edilmiş qurğuda 100 QB-lıq məlumatın köçürülməsinə 1,5 dəqiqə lazımdır, halbuki UFC 3.0 ilə işləyən cihazda bu göstərici 4 dəqiqədən çox təşkil edir.


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.