“Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinin tətbiqinə dair seminar keçirilib

“Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinin tətbiqinə dair seminar keçirilib
18 2017 08:44

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Dünya Səhiyyə Təşkilatı (DST) ilə birlikdə “Sağlamlığı təşviq edən məktəblər” mövzusunda ikigünlük seminar keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi DST üzrə Avropa regionunun 45 ölkəsində səhiyyə və təhsilin inkişafı siyasətinin ayrılmaz hissədir. Məktəblərdə sağlamlığın, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas vəzifəsi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etməkdir. Hazırkı seminar şəbəkənin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələrindən Azərbaycanın məktəblərində istifadə edilməsi üçün təşkil olunub.

DST-nin Avropa Regional Bürosundan dəvət olunmuş ekspertlərin iştirakı ilə keçirilən seminarın əsas məqsədi Azərbaycanda məktəbyaşlı uşaqların sağlamlığı və rifahının yaxşılaşdırılması üçün başlıca imkanların, məktəblərdə səhiyyə xidmətlərinin təşkili ilə əlaqədar mövcud strategiya və proqramların nəzərdən keçirilməsi, səhiyyə xidmətləri üçün DST standartları ilə tanışlıq və bu xidmətlər üzrə istiqamətin müəyyən edilməsidir.

Tədbirdə İSİM-in direktoru Ceyhun Məmmədov Azərbaycanda dövlət tərəfindən uşaqlara daim qayğı göstərilməsindən danışıb. Vurğulayıb ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqlamı”, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” və digər sənədlər müvafiq sahədə görülən işlərə mühüm töhfə verir.

Seminarda Avropada “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinin təcrübəsi, Azərbaycan məktəblərində uşaqların sağlamlıq vəziyyəti, uşaqlarda sağlam davranışların inkişaf etdirilməsi məsələləri müzakirə edilib. DST-nin Avropa Regional Bürosunun müşaviri M.Veber məktəblərdə sağlamlıq xidmətlərinə dair DST standartları və qaydaları, Avropada “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinin sədri Quf Buics isə müvafiq layihə çərçivəsində görülən işlər barədə məruzə ediblər.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.