“Roma” futbol klubunun mərkəz müdafiəçisi Kostas Manolas “İnter” komandasının maraq dairəsinə düşüb
AZƏRTAC xəbər verir ki, “İnter” cari mövsümün sonunda 25 yaşlı yunanıstanlı futbolçu üçün “Roma”ya 50 milyon avro dəyərində təklif göndərəcək.
Maliyyə “fair-play”i ilə üzləşən “Roma” mövsümün sonunda Kostas Manolas yaxud Raca Nainqqolan ilə yollarını ayırmalıdır.
İtaliya çempionatında cari mövsümdə 18 oyunda meydana çıxan Manolas 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Yanvarın 17-də Serbiyada 4 yaş qrupu üzrə beynəlxalq turnir başlayacaq. Yarışda 45-dək ölkənin iştirakı gözlənilir”.
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Bu il Azərbaycan boksçuları müxtəlif yaş qruplarında 77 medal qazanıblar.