Pensiya yaşının 65-ə qaldırılması ilə bağlı təklif edilən yenilik cəmiyyətdə ciddi müzakirələrə səbəb olmaqdadır. Bəzi vətəndaşlar hesab edir ki, bu yenilik pensiya sektoruna olan marağım ciddi şəkildə azalmasına gtirib çıxardacaq.
Məsələ ilə bağlıModerator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov pensiya islahatları paketində onları qane edən və etməyən məqamlara toxunub:
“Pensiya islahatları paketində bizim həm təqdir etdiyimiz, həm də məqəsədəuyğun hesab etmədiyimiz müddəlar var. Pensiya paktində bəzi maddələr dünya təcrübəsinə uyğun şəkildə hazırlanıb. Əmək pensiyasının hesablanması qaydası, 12 illik stajın ləğv edilməsi və buna uyğun olaraq minimum pensiya məbləğinin müəyyənləşdirilməsi bu qəbildəndir. Pensiya ödənişlərinin 50%-nin deyil, 100%-nin vətəndaşın özünə qaytarılması olduqca vacibdir.
Pensiya paketində bizim məqəsədəuyğun hesab etmədiyimiz məqam pensiya yaşının artırılması ilə bağlıdır. Pensiya yaşının artırılmasına indiki məqamda ehtiyac yoxdur. Bəzi qrup kateqoriyalar, xüsusilə də müəllimlər və həkimlər üçün pensiya yaşının artıılması bəlkə də müzakirə edilməyən mövzu olmaya bilər. Lakin digər kateqoeriyalardan olan, yaxud işləməyən vətəndaşlar üçün pensiya yaşının artıırlması məqəsədəuyğun hesab edilmir.
Hesab edirəm ki, islahatlar paketi bəzi iş qruplarının bu məsələyə marağının azalmasına gətirib çıxardacaq. Bəzi iş qruplarının isə paraktiki olaraq marağını azaltmayacaq. Mövcud qaydalar daha çox ödəniş edənlərin daha tez əmək pensiyasına çıxmasına şərait yaradır. Bildiyiniz kimi, mövcud islahatlar paketində əəmək pensiyası ilə yaşa görə pensiya arasında fərqlər müəyyənləşib.
Təklif edirəm ki, pensiya yaşının artırılması ilə bağlı məsələ müəyyən müddət üçün təxirə salınsın. Yaxşı olar ki, bu məsələ 2020-ci ildən sonraya saxlanlsın. Bütövlükdə isə islahatların qəbul edilməsi məqsədəuyğundur”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.