“Olimpiya hərəkatı” proqramı çərçivəsində “ISMA Bikes” velosipedlərindən istifadə olunur

“Olimpiya hərəkatı” proqramı çərçivəsində “ISMA Bikes” velosipedlərindən istifadə olunur
02 2017 09:43

Azərbaycanda məktəblilər arasında sağlam və fəal həyat tərzinin təşviqi, Olimpiya dəyərlərinin təbliği məqsədilə keçirilən “Olimpiya hərəkatı” proqram çərçivəsində təşkil olunan yarışlarda İsmayıllıdakı velosiped zavodunun məhsulu olan “İSMA Bikes” velosipedlərindən istifadə edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev yarışlarda “ISMA Bikes” velosipedlərindən istifadə barədə danışarkən deyib: “Biz sevinirik ki, “Olimpiya hərəkatı” proqramı çərçivəsində məktəblilərin velosiped idmanına marağı böyükdür. Təbii ki, belə kütləvi yarışları keçirmək üçün keyfiyyətli velosipedlər lazımdır. Ona görə də biz bu yarışlarda “ISMA Bikes” velosipedlərindən istifadə edirik. “ISMA Bikes” velosipedləri idarəetmə zamanı çevik davranmağa və sərt döngələrdə rahat hərəkətə imkan verir”.

Fərhad Əliyev əlavə edib ki, məktəbliləri velosiped idmanına cəlb etmək üçün “ISMA Bikes” velosipedlərindən istifadə edərək veloklublar yaradılacaq və müntəzəm yarışlar təşkil olunacaq.

Ötən ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışan İsmayıllı velosiped zavodunun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada beş növdə velosipedin istehsalı nəzərdə tutulur. Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçilir.

Məktəblilərin “Olimpiya hərəkatı” proqramı Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil nazirlikləri və Olimpiya Oyunlarının ümümdünya tərəfdaşı “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3x3, badminton və voleybol 2x2 idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etməkdən ibarətdir.

Yarışlar Bakı şəhəri ilə yanaşı, Göygöl rayonu, Gəncə və Sumqayıt şəhərlərində keçirilir.


26 Sent 2023
İdman

Azərbaycan boksçuları Rusiyadakı beynəlxalq turnirdə altı medal qazanıblar

Azərbaycan millisi Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə 6 medal qazanıb.

25 Sent 2023
İdman

Azərbaycan karateçiləri Marseldə beş medal qazandılar

Azərbaycan karateçiləri Fransanın Marsel şəhərində keçirilən “Marsel Open” turnirində beş medal qazanıblar.

25 Sent 2023
İdman

Azərbaycanlı kiberidmançı ikiqat Avropa çempionu oldu - VİDEO

“Mortal Kombat 1” oyunu üzrə Avstriyanın Vyana şəhərində keçirilmiş “Viennality 2k23” birinciliyində Azərbaycanın təmsilçisi Həmid Mustafayev qalib olub. Final mərhələsində “MK_Azerbaijan” təxəllüsü ilə çıxış edən Həmid Böyük Britaniyalı rəqibi Aaron Deyvisi məğlub edərək ikinci dəfə Avropa çempionu adını qazanıb.

25 Sent 2023
İdman

Azərbaycan parataekvondoçusu dünya çempionu olub - VİDEO

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44) dünya çempionu tituluna sahib olub.

25 Sent 2023
İdman

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları sonuncu gündə bir medal qazanıblar - YENİLƏNİB

Azərbaycanın bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqənin sonuncu günündə bürünc medal qazanıb.