Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verən “Neftçi”nin ilk hazırlıq matçının tarixi dəqiqləşib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, yanvarın 21-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Bakı klubu ilk oyununda “Sivasspor”la qarşılaşacaq.
Yoxlama görüşü yanvarın 8-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” yanvarın 15-də Albaniyanın “Kukesi”, iki gün sonra Rusiyanın “Tosno” və yanvarın 19-da isə “Terek” komandaları ilə yoxlama matçlarında qüvvəsini sınayacaq.
Rusiyanın "Rubin" klubunda çıxış edən Belarus yığmasının futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.
"Aftandil Hacıyevlə yeni mövsüm üçün danışıqlarımız gedirdi. Elə alındı ki, fikirlərimiz üs-üstə düşmədi. Qərara gəldik ki, əməkdaşlığımızı dayandıraq".
"Sevinirəm ki, yenə qalib oldum. Həm çox ağır, həm də çox şən alındı".