“Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirilib

“Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirilib
20 2017 08:51

“Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair görüşün davamı olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosunun ekspertlərinin iştirakı ilə “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirilib.

Səhiyyə Nazirliyindən AZƏRTAC–a bildiriblər ki, bir sıra ölkələrdə keçirilən və uşaqların sağlamlığının təşviqinə dəstək verən tədqiqatın Azərbaycanda da tətbiq edilməsi məqsədilə təşkil olunmuş bu seminar ölkədə uşaqların vəziyyətinə dair aparılmış sorğuların nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırmaq və uşaqların sağlamlığının qorunması yolunda həyata keçirilməsi planlaşdırılan bu tədqiqatın iş strukturunu müzakirə etməyə yönəlib.

Tədbirdə İSİM-in direktoru C.Məmmədov dövlət tərəfindən uşaqların sağlamlıqlarına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, uşaq sağlamlığının qorunması və onların rifahının yaxşılaşdırılmasında dövlət qədər cəmiyyətin də maraqlı olması vacibdir və bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində bir sıra işlər və tədqiqatlar həyata keçirilib.

Azərbaycan uşaq və yeniyetmələrinin sağlamlığını təbliğ və təşviq etməyə istiqamətlənmiş seminarda iştirak etməsindən məmnunluğunu bildirən DST-nin Avropa Regional Bürosunun müşaviri Martin Veber təmsil etdiyi qurumun uşaq və yeniyetmələrin sağlamlığı (HBSC CAH) strategiyası baxımından Azərbaycandakı ilkin vəziyyət və strategiya üçün əhəmiyyətli faktlardan danışıb. O, bu tədqiqat şəbəkəsinin Azərbaycanda tətbiqi nəticələrinin təkcə məktəb uşaqlarına deyil, bütün ölkə uşaqlarının rifahına müsbət təsir edəcəyini vurğulayıb.

Latviyanın Xəstəliklərə Nəzarət Mərkəzinin İctimai Səhiyyənin təhlili üzrə baş mütəxəssisi, ÜST-nin beynəlxalq eksperti İveta Pudele "Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu" şəbəkəsi və onun 2016-cı ilə dair beynəlxalq hesabatı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Seminarda ölkəmizdə uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, çətinliklər və bu problemlərin həlli istiqamətində əldə olunmuş nailiyyətlər barədə məlumatlar verilib, sözügedən şəbəkənin tələbləri və şərtləri, Azərbaycanın bu sistemi tətbiq etməklə nələri qazanacağı, iş protokoluna ümumi baxış, Azərbaycanda bu mövzu ətrafında araşdırma nümunələri və pilot işin təşkili kimi məsələlərə toxunulub.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.