Dekabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli sənətkar Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə operasevərlərə təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu dəfə səhnənin Məcnunu Əməkdar Artist İlkin Əhmədov, onun tərəf-müqabili isə gənc solist Arzu Əliyeva olacaq. Bundan başqa, səhnə əsərində Xalq Artisti Mənsum İbrahimov, gənc xanəndə Aytən Məhərrəmova və başqaları iştirak edəcək.
Operanı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.
Azərbaycan ərazisində iyunun 26-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.