“Kitty Hawk” startapı fərdi elektrik uçuş aparatı nümayiş etdirib

“Kitty Hawk” startapı fərdi elektrik uçuş aparatı nümayiş etdirib
08 Okt 2019 09:37

"Google" şirkətinin həmtəsisçisi Larri Peycin maliyyələşdirdiyi ABŞ-ın "Kitty Hawk" startapı "Heaviside" adlı yeni elektrik uçuş aparatı hazırlayıb.


"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, məlumata görə, korpusu kiçik təyyarə şəklində olan aparat şaquli uçur və eniş edir. Bununla yanaşı, istehsalçı nümayəndələrinin sözlərinə görə, hərəkət zamanı səs-küy səviyyəsi vertolyotdan 100 dəfə azdır. Bu, cəmiyyətdə yeni nəqliyyat növünə normal münasibətin formalaşdırılması üçün vacib göstərici hesab olunur.


Bildirilir ki, "Kitty Hawk" bir müddət əvvəl tam avtonom olmayan aerotaksilərin hazırlanması sahəsində "Boeing" şirkəti ilə əməkdaşlığa başlayıb. Şirkət 2018-ci ildə birnəfərlik "Flyer" və ikinəfərlik "Cora" olmaqla iki aparat təqdim edib. Bundan başqa, startap "Air New Zealand" aviaşirkəti ilə birgə aerotaksi servisi istifadəyə verməklə bağlı planlarını açıqlayıb.


"Heaviside" aparatının uçuş məsafəsi təxminən 160 km təşkil edir. Mühərriklərin gücü və batareya tutumu haqqında məlumat verilmir. Elektrik uçuş aparatları indiyədək belə göstəricilərə nail olmayıb.


"Heaviside" aparatının sərnişin tutumunun bir nəfər təşkil etməsi səbəbindən ondan taksi kimi istifadə mümkün olmayacaq.

Realpress.az


4 Apr 2020
Cəmiyyət

DİM-dən rezidenturaya qəbul olmaq istəyənlərə müraciət

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalına rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib.

4 Apr 2020
Cəmiyyət

Diplomatlar da “Evdə qal” dedi - VİDEO

Dövlət Miqrasiya Xidməti tərəfindən #evdəqal həştəqi ilə növbəti video çarx hazırlanıb.

4 Apr 2020
Cəmiyyət

Qaxda karantin rejimini pozan iki şəxs həbs edildi, 31 nəfər cərimələndi

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

4 Apr 2020
Cəmiyyət

Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq

Aprelin 6-da Təhsil Nazirliyinin yeni “146-3” “Qaynar xətt” xidməti fəaliyyətə başlayacaq.