Gəncənin “Kəpəz” futbol klubu bir müddət komandanın heyətində baxışda olmuş Əli Nurini sıralarına qatıb.
AZƏRTAC xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 68 nömrəli formada çıxış edəcək. Onunla cari mövsümün sonunadək müqavilə bağlanılıb.
Nuri klubun rəsmi saytına açıqlamasında böyük tarixi olan komandaya keçdiyini bildirib: “Buna görə, çox şadam. Mənə etimad göstərən, inanaraq komandaya cəlb edən baş məşqçi Şahin Diniyevin ümidlərini doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in uğur qazanmasına yardımçı olmaqdır. Komandamızın böyük azarkeş ordusu var, onların sevgisini qazanmaq istəyirəm”.
Bununla yanaşı, gənc futbolçu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.
Qeyd edək ki, Ə.Nurinin sonuncu klubu İranın “Fulad Xuzestan” komandası olub.
Azərbaycan I Liqasında 20 illik rekord təkrarlanıb.
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turnirinin yarımfinalına yüksəlib.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb.