Artıq bir müddətdir “Instagram”da canlı yayım xüsusiyyəti əlavə edilib. Lakin yavaş-yavaş bütün dünya üçün aktiv edilən bu funksiya bu günə qədər ölkəmizdə işləmirdi.
Oxu.Az xəbər verir ki, dünəndən etibarən azərbaycanlı istifadəçilər də “Instagram”da canlı yayımlar edə biləcəklər. Bunun üçün istifadəçilər ən son “Instagram” yenilənməsini yükləməli və “stories” bölməsindən canlı yayım verməlidirlər.
Canlı yayımlar “hekayələr” bölməsində izləyicilərinizə göstəriləcək və canlı yayım başladarkən onlara bildiriş mesajı gedəcəkdir. Eyni zamanda “kəşf et” bölməsində də izləmədiyiniz fərqli istifadəçilərin başlatdıqları canlı yayımları görə bilərsiniz.
Yeni xüsusiyyət, eynilə “stories”də edilən video paylaşımlar kimi, istifadəçinin videoları qeyd etməsinə imkan tanıyır, ancaq canlı yayım edilir. Videonun üzərində kiçik bir “Live/Canlı” ifadəsi yer alır.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.