İyirmi yeddi il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərbi hissələri Bakıda görünməmiş qətliam törədib. 147 nəfər əliyalın insan qətlə yetirilib, 744 nəfər yaralanıb. Yaralananlar arasında 25 qadın və 20 uşaq da vardı. Onlardan bəziləri ömürlük şikəst olub. Xalqımız hər il yanvarın 20-sini hüzn günü kimi qeyd etsə də, bu hadisə Azərbaycanın müstəqillik tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yanvarın 19-da İsmayıllıdakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruz Aslanov, dövlət qulluğu veteranı Valeh Salehov, Dövlət Humanitar və Texnologiyalar Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova, rayon veteranlar şurasının sədri Əlaləm Babayev və başqaları 20 Yanvar faciəsinin baş vermə səbəblərindən, xalqımızın azadlıq mücadiləsindən söz açıblar. Bildirilib ki, sovet imperiyasının rəhbərliyi o qanlı gecədə bir daha xalqımızın azadlıq eşqini silah gücü ilə yatıra bilməyəcəyini anladı. Şəhidlərin qanı bahasına qazanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib, ölkəmiz dünyada söz-nüfuz sahibinə çevrilib.
Məşğələdə 20 Yanvara həsr edilən sənədli film göstərilib, kitab və rəsm sərgilərinə baxış olub.
Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.
“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.
Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Qəbələ rayonu ərazisində fəaliyyət göstərən 24 nömrəli Şuşa məktəbinə rəhbərlik edən Səbinə Mikayıl qızı Gözəlova işğaldan azad olunmuş şəhərdə birinci tikilib istifadəyə verilən və bu il açılışı olan Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub.