“Google” dünyanın ən bahalı brendi adını alıb.
AZƏRTAC-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, bu barədə “Brand Finance” konsaltinq şirkətinin hazırladığı hesabatda deyilir.
İnternet korporasiya dünyanın ən bahalı brendlərinin reytinqində ilk yeri tutub. Şirkət “Apple” korporasiyasını da geridə qoyub.
“Google” brendinin qiyməti 2016-cı ildə təxminən 25 faiz artıb və 109,47 milyard dollara çatıb. “Apple” brendi isə 27 faiz ucuzlaşaraq 107,141 milyard dollar olub.
“Amazon.com” internet riteyli üçüncü yeri tutub - brendin qiyməti 53 faiz artaraq 106,396 milyard dollara qiymətləndirilir.
“AT&T” telekommunikasiya şirkəti 45 faizdən çox bahalaşaraq 87,016 milyard dollar qiymətinə çatıb və bununla da dördüncü yeri tutub.
“Microsoft” brendin qiyməti 13 faizdən çox bahalaşıb 76,265 milyard dollar olsa da, şirkət reytinqin beşinci cərgəsinə düşüb.
Altıncı sırada ilk dəfə olaraq Amerika şirkəti deyil, Cənubi Koreya istehsalçısı “Samsung” şirkəti qərarlaşıb. Şirkətin dəyəri 13 faiz artaraq 66,219 milyard dollar təşkil edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.