“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihə çərçivəsində növbəti tədbirini Hacıqabulda təşkil edib.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İmaməddin İmanov gənclərin sağlamlığı ilə bağlı rayonda həyata keçirilən işlərdən danışıb. Qeyd edilib ki, dövlətin dəstəyi ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində gənclər arasında ciddi işlər görülür.
İctimai Birliyin sədri Çingiz Bayramov gənclərin sağlam həyat tərzi keçirməklə, zərərli vərdişlərdən uzaq olmaqla, mütaliə etməklə cəmiyyətin inkişafına layiqli töhfə verə biləcəklərini qeyd edib. Bildirib ki, sağlam həyat tərzinin köməyi ilə insan öz sosial funksiyalarını mükəmməl yerinə yetirir.
Tədbirdə TUMİB üzvü Pərviz Səmədov, TUMİB-in hüquq mərkəzinin əməkdaşı Orxan Vəliyev çıxış edərək narkomaniyanın zərərləri, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərdən qorunma yolları haqqında tövsiyələrini veriblər. Onlar sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.