Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin xarici ölkələrə təbii qaz ixracı bu il yanvarın 1-dən dekabrın 15-dək 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz artaraq 170 milyard kubmetr təşkil edib.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, artım mütləq ifadədə isə 18,1 milyard kubmetr olub.
Hesabat dövründə “Gazprom”un Böyük Britaniyaya təbii qaz ixracı 6,15 milyard kubmetr (57,6 faiz), Almaniyaya 3,75 milyard kubmetr (8,7 faiz), Hollandiyaya 1,84 milyard kubmetr (83,6 faiz), Fransaya 1,83 milyard kubmetr (19,9 faiz), Polşaya 1,9 milyard kubmetr (22 faiz), Avstriyaya 1,54 milyard kubmetr (36,5 faiz), Danimarkaya 1 milyard kubmetr (158,2 faiz), Yunanıstana isə 0,7 milyard kubmetr (39,5 faiz) artıb
“Biz Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri sənədləşdiririk. Artıq müxtəlif faktlar, o cümlədən cinsi zorakılıqla bağlı 20 minə yaxın cinayət işi açılıb”.
Kanada Ukraynaya 40-dək zirehli döyüş maşını, eləcə də pilotsuz uçan aparatları üçün 6 kamera göndərəcək.
“Türkiyə ilə razılaşmanın arxasında dayanırıq”.