“Family Link” mobil proqramı ilə valideynlər övladlarına nəzarət edəcəklər

“Family Link” mobil proqramı ilə valideynlər övladlarına nəzarət edəcəklər
20 2017 17:24

"Google" şirkəti tərəfindən hazırlanmış “Family Link” mobil proqramı valideynlərə övladlarının “Android” smartfonlarından istifadə etmələrini nəzarətdə saxlamağa imkan verəcək. Yeni xidmət “Google”un bloqunda təsvir olunub.

AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, həmin mobil proqram üç əsas funksiyadan ibarətdir. Birinci funksiya uşaqlara yalnız valideynlərin razılığı əsasında proqramları yükləməyə imkan verir. İkinci funksiya vasitəsilə uşaqlar tərəfindən açılmış proqramlar izlənilir, həmçinin müxtəlif proqramlardan istifadə vaxtı üzrə günlük, həftəlik və aylıq statistika tərtib olunur. “Family Link” tətbiqinin köməyi ilə uşağın istifadə etdiyi qurğunu müəyyən saatlar üzrə bloklamaq olar.

Hazırda “Family Link” mobil tətbiqi yoxlama mərhələsindədir. Proqram yalnız ABŞ-da işləyir və onu satın almaq üçün 13 yaşadək uşağı olan valideynlər xüsusi saytda sifariş verməlidirlər. Bundan əlavə, bu proqramın işləməsi üçün uşağın smartfonu “Android 7.0 Nougat” sisteminin idarəetməsi altında, valideynin qurğusu isə “Android 4.4 KitKat” və daha yuxarı versiyalarla işləməlidir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.