Ötən il “Facebook Messenger”in istifadəçiləri üçün videozəng funksiyası əlçatan olub, bir il sonra isə qrup zəngləri funksiyası istifadəyə verilib.
AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, indi isə “Messenger”in istifadəçiləri qrup videozənglərinin köməyi ilə ünsiyyət saxlaya bilərlər.
“Facebook” şirkətinin bloqunda dərc edilmiş məlumata əsasən, qrup videozəngləri artıq “Messenger”in masaüstü versiyasında, həmçinin mobil tətbiqin “iOS” və “Android” üçün son versiyasında əlçatandır. Zəng etmək üçün qrup çatına daxil olmaq və yuxarı sağ küncdəki videoçat ikonkasına sıxmaq lazımdır. Bundan sonra qrupun bütün iştirakçıları bildiriş alaraq videozəngə qoşula biləcəklər.
Ümumilikdə videoçatda 50-dək həmsöhbət iştirak edə bilər, amma ekranda eyni anda ən çoxu 6 iştirakçı görünür, digərləri isə yalnız söhbətin təşəbbüskarını görürlər.
Bundan başqa, “Facebook” şirkəti istifadəçilərə daha bir yenilik hazırlayıb. İndi rəngli postlar dərc etmək mümkündür. Bunun üçün, sadəcə, mətnin daxil edilməsi sahəsindən aşağı hissədə yerləşən rəngli dairələrdən birinə sıxmaq lazımdır.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.