“Facebook” sosial şəbəkəsi “Instagram Stories”ə analoji olan “tarixçə” işə salır.
Sınaq buraxılış çərçivəsində “Facebook Stories”ə ilk olaraq İrlandiya sakinlərinin çıxışı olacaq. Funksiyanı “iOS” və “Android” ilə işlətmək mümkün olacaq. Şirkət növbəti aylarda yeniliyin qlobal hal alacağını vəd edib.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Dizayn nöqteyi-nəzərindən “Facebook” yeni heç nə düşünməyib. İstifadəçilərin yeni “tarixçə”ni görmədikləri halda o, analoji göy rəngə boyanıb, “dairə” ilə işarələnir.
“Instagram”ın “Snapchat”dan götürdüyü bu funksiya daha öncə “VKontakte”də də olub.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.