“Exxon Mobil” Şimali İraqdakı neft quyularını bağlayır

“Exxon Mobil” Şimali İraqdakı neft quyularını bağlayır
05 2017 17:09

ABŞ-ın “Exxon Mobil” korporasiyası Şimali İraqdakı neft quyularını bağlayır.

AZƏRTAC “al-monitor.com”a istinadla xəbər verir ki, “Exxon Mobil” Şimali İraqdakı 6 neft quyusundan 3-nü bağlamaq qərarına gəlib. Şirkət Süleymaniyyə şəhərindəki “Betava”, “Arbat” və “Kara” neft quyularını bağlayıb.

Kürdüstan Demokratik Partiyasının (KDP) xarici əlaqələr üzrə sözçüsü Hemen Havrami “Exxon”un Şimali İraqa yönələn investisiyalarının azaltmasına səbəbin siyasi amildən yox, şirkətin investisiya siyasətindən qaynaqlandığını deyib.

O, Kürdüstanın neft və qaz resursları baxımından zəngin bölgə olduğunu deyib: “Xarici şirkətlər burada işləmək istəyir. “Exxon” təbii qaz sahəsində bizim regionumuzda böyüməyi hədəfləyir”.


20 Okt 2021
Dünya

Ankarada şiddətli partlayış baş verib - VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində şiddətli partlayış baş verib.

20 Okt 2021
Dünya

Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb

Rusiyada son sutka ərzində 1 028 nəfər koronavirusdan vəfat edib.

20 Okt 2021
Dünya

Suriyada hərbçiləri daşıyan avtobus partladılıb: 14 nəfər həyatını itirib - VİDEO

Suriyanın paytaxtı Dəməşq şəhərində törədilən güclü partlayış nəticəsində 14 hərbçi həlak olub.

20 Okt 2021
Dünya

Gürcüstanda koronavirusa 5 219 yeni yoluxma qeydə alınıb, 42 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 5 219 yeni yoluxma halı təsdiqlənib, 2 348 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent vəfat edib.