“Eurovision-2017” Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.
REALPRESS.Az xəbər verir ki, İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 5-də bununla bağlı iclas keçirilib.
İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanıntəmsil etməsi barədə qərar qəbul edib.
Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”in seçim turlarında iştirak edib.
Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.
Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.
CinemaPlus kinoteatrlar şəbəkəsində bu gündən eyniadlı DC komiks seriyası – The Batman əsasında rejissoru Mett Rivzin çəkdiyi Amerika elmi fantastika döyüş filminin nümayişinə başlayıb.