“Eurasia Review” Ermənistanın təcavüzündən və nüvə silahının yayılması problemindən yazıb

“Eurasia Review” Ermənistanın təcavüzündən və nüvə silahının yayılması problemindən yazıb
10 Dek 2016 09:27

ABŞ-da çıxan “Eurasia Review” xəbər portalı Nia Amirin “Dağlıq Qarabağ: 25 il sonra vəziyyət necədir?” adlı məqaləsini dərc edib. Məqalədə Ermənistanın Azərbaycana təcavüzündən, suveren Azərbaycan ərazilərinin 20 faizinin işğalından və bir milyondan çox azərbaycanlının Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən didərgin salınmasından bəhs edilir.

Müəllif yazır ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesi heç bir nəticə verməyib. 2016-ci ilin aprelində ermənilərin provokasiyası Ermənistanı və Azərbaycanı genişmiqyaslı müharibə həddinə gətirib çıxarıb. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnə bilərdi, amma hər iki ölkə üçün kütləvi qırğına və humanitar böhrana çevrilərdi.

Məqalə müəllifi qeyd edir ki, noyabrın 8-də Bakıda Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri, o cümlədən Xocalı soyqırımı qurbanlarının ailələrinə başsağlığı verən tanınmış hüquq müdafiəçisi Vahe Avetisyan iştirak ediblər.

Nia Amir yazır ki, Xocalı soyqırımı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni ordusu tərəfindən törədilib.

Konfransda iştirak edən Ermənistanın “Milli azadlıq hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan bildirib ki, onun ölkəsində hakimiyyətdə olanlar və Xocalıda soyqırımı törədənlər erməni xalqının da düşmənləridir. O deyib ki, Bakıda yaşayan 30 min erməninin bəziləri ilə görüşüb, Azərbaycan hökumətinin hesabına bərpa olunan və mühafizə edilən erməni kilsəsinə gedib.

Müəllif ermənilərin nüvə silahının yayılmasında fəaliyyətindən də yazaraq qeyd edir ki, Ermənistan hökuməti 1999-cu ildən ölkəyə qanunsuz yolla radioaktiv materiallar idxal edir. Sonda Nia Amir yazır ki, Qafqazda nüvə və radioaktiv materialların mövcudluğu həm bu region, həm də Avropa, Yaxın Şərq ölkələri və bütün dünya üçün real təhlükədir.


4 Okt 2023
Siyasət

İlham Əliyev Maldivin yeni seçilmiş prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb. 

4 Okt 2023
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar. 

4 Okt 2023
Siyasət

Xələf Xələfov İran XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib

Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

4 Okt 2023
Siyasət

Prezident İlham Əliyev Qranada görüşündən imtina etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qranadada keçiriləcək görüşdə iştirakdan imtina edib.

4 Okt 2023
Siyasət

Türkiyəli sabiq nazir Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri olmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.