27 illik fəaliyyətə malik olan “DəmirBank” müştəri məmnuniyyətini daha da artırmaq məqsədilə mövcud xidmətlərini inkişaf etdirir.
Belə ki, “DəmirBank” pulların, qiymətli əşyaların, sənədlərin və digər qiymətlilərin saxlanılması məqsədilə “Bank seyflərinin icarəsi” xidmətini genişləndirir.
Daha əvvəl Bankın “Əməliyyat İdarəsi”, “Nərimanov” və “Sumqayıt” filiallarında mövcud olan depozitari xidmətləri, hazırda “Nizami”, “Gəncə” və “Şəki” filiallarında da müştərilərin istifadəsinə verilib.
Depozitari hər gün 24 saat fasiləsiz peşəkar mühafizə, siqnalizasiya və yanğın əlehinə sistem ilə təchiz olunur və yüksək məxfilik tələblərinə cavab verir.
Qeyd edək ki, Bank seyfini icarəyə götürmək üçün müştərilər yalnız şəxsiyyət vəsiqəsilə Bankın filiallarına müraciət edə bilərlər.
2020-ci ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatındakı payı açıqlanıb.
Yunanıstan və Bolqarıstanın milli qaz sistemləri arasında əlaqələndirici funksiyanı icra edən IGB təbii qaz kəməri layihəsi ilə bağlı saziş Yunanıstan parlamentində müzakirəyə çıxarılıb.
18 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Komissiyasının 14-cü iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasına səfər edib.