“Dakar rallisi-2017” başa çatıb

“Dakar rallisi-2017” başa çatıb
18 2017 09:02

Dünyanın ən dözümlü pilotlarının mübarizə apardığı transkontinental Dakar rallisi başa çatıb.

AZƏRTAC Azərbaycan Avtomobil Federasiyasının saytına istinadla bildirir ki, 12 mərhələdən ibarət yarışda motosikletçilərin mübarizəsində ilk üç yeri KTM təmsilçiləri tutublar. Britaniyalı Sem Sanderlend bütün mərhələlərin yekununda 32 saat 6 dəqiqə 22 saniyə göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avstriyalı Mattias Valkner ikinci, ispaniyalı Herard Farres Quel üçüncü olublar.

Kvadrosikllərdə “Yamaha” təmsilçisi Sergey Karyakin ən yaxın rəqibləri, komanda yoldaşları İqnasio Kasale və Pablo Kopettini geridə qoyaraq əsas mükafata layiq görülüb.

Yolsuzluq avtomobillərinin yarışında “Peugeot” komandasının üzvləri rəqiblərindən üstün olublar. Finiş xəttinə hamıdan tez Stefan Peteransel çatdı. Onun yekun nəticəsi 28 saat 49 dəqiqə 30 saniyə olub. Pilot bununla 13-cü dəfə Dakar rallisinin qalibi adını qazanıb. Bu komandanın daha bir təcrübəli üzvü Sebastyen Löb ikinci, Siril Depre isə üçüncü yeri tutub.

Yük avomobillərinin yarışında isə Rusiyanın “KamAZ” ekipajı hamını qabaqlayıb. Eduard Nikolayevin başçılıq etdiyi ekipaj ümumi nəticədə 27 saat 58 dəqiqə 24 saniyəlik göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri qalibdən 18 dəqiqə 58 saniyə geri qalan Dmitri Sotnikovun başçılıq etdiyi daha bir “KamAZ” ekipajı tutub. İlk üçlüyü “İveco”dan Jerar de Royun rəhbəri olduğu kollektiv tamamlayıb.


4 Dek 2023
İdman

Azərbaycanın daha bir paralimpiya çempionu Qran-pridə gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.

4 Dek 2023
İdman

Azərbaycanın kişi güləşçiləri dünya çempionatında beş medal qazanıblar - YENİLƏNİB

Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü beş medalla başa vurublar.

1 Dek 2023
İdman

Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib - FOTO

Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.

1 Dek 2023
İdman

Rusiyanın baş naziri Əli Əsədovu təbrik etdi

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş Naziri Əli Əsədov arasında telefon danışığı olub.

1 Dek 2023
İdman

Azərbaycanın daha iki güləşçisi dünya çempionu oldu - YENİLƏNİB

Azərbaycanın daha beş güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında medal qazanıb.