Əməli yaddaş, onun tipi və işləmə sürəti istənilən kompüterin məhsuldarlığına təsir edir. Hazırda ən çox istifadə edilən “DDR4” əməli yaddaş tipidir. Həmin yaddaş tipi əvvəlkindən məlumatın ötürülmə sürətinin yüksək olması, yüksək tezlik xüsusiyyətləri və aşağı enerji sərfiyyatı ilə seçilir. Artıq tezliklə daha qabaqcıl həll istifadəçilərin ixtiyarına veriləcək. Yaddaş standartlarının təyin edilməsi ilə məşğul olan “JEDEC” mühəndislik cəmiyyəti bu həftə yeni “DDR5” əməli yaddaş standartı üzərində işlərə artıq start verildiyini elan edib.
AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, “DDR5” əməli yaddaş tipi indiki “DDR4”lə müqayisədə iki dəfə daha sürətli, həmçinin enerji cəhətdən səmərəli olacaq. Bundan başqa, “DDR5” əməli yaddaş tipinin sıxlığı iki dəfə böyükdür. Beləliklə, “DDR5” yaddaş tipinin tutumu “DDR4” ilə müqayisədə iki dəfə böyük olacaq.
“DDR5” standartının yekun spesifikasiyası 2018-ci ildə elan ediləcək, 2020-ci ildə isə kompüterlərdə qurulmağa başlanılacaq. Yeni yaddaş tipi ilk olaraq server və oyun fərdi kompüterlərində tətbiq ediləcək, bundan sonra noutbuk, mobil qurğu və kompüterlərdə kütləvi şəkildə qurulacaq.
“Finala çıxanda emosiyalar çox idi, həyəcan vardı. Əlbəttə, meydana çıxdıqdan sonra həyəcan geridə qaldı və başa düşdük ki, biz rəqibdən güclüyük”.
Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib.
Bu gün ərzaq daşıyan daha bir gəmi Ukraynanın Çernomorsk limanından yola düşüb.